Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 20:40:00
Biləsuvarda şagirdin ölüm səbəbi məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.

AzEdu.az-ın  məlumata görə, onun ölümünə qıcolma səbəb olub. 

Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib, onun dili qatlanıb, daha sonra isə vəfat edib. 

***

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

AzEdu.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb. 

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib. 

Faktla bağlı araşdırma aparılır.