Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 13:37:00
AzTU Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti iclası keçirilib.

AzTU-dan AzEdu.az-a bildirilib ki, şurada bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. İstilik energetikası kafedrasının bazasında Hidravlika və istilik texnikası kafedrası yaradılıb. Fakültələrdə, “SABAH” qrupunda ən yaxşı bakalavr buraxılış işlərinin, magistr dissertasiyalarının, həmçinin elmi rəhbərlərin mükafatlandırılması qaydaları təsdiq edilib.

İclasda Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə AzTU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.