Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 10:51:00
BMU tələbələri xeyriyyə konserti təşkil edib

Bakı Mühəndislik Universitetinin (BMU) “YAP Gənclər Birliyi” və “Karyera klubu”nun təşkilatçılığı ilə “Xeyirsevərlərin Qış Möcüzəsi”  adlı xeyriyyə konserti keçirilib.

AzEdu.az xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirdə ölkədə həyata keçirilən bir sıra layihələrin xeyriyyəçilik missiyasına xidmət etdiyi bildirilib. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün getdikcə daha böyük məna və əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum kimsəsiz uşaqlara göstərdiyi qayğıdan ətraflı bəhs olunub.

BMU-nun “Karyera klubu”nun rəhbəri İlqar Bəşirov tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik edib. O, tədbirin təşkil olunmasında verdiyi dəstəyə görə sponsorlara, həmçinin Abşeron rayon İcra Hakimiyyətinə və Abşeron rayon Mədəniyyət Mərkəzinə təşəkkür edib.

Bədii hissə ilə davam edən tədbirdə tanınmış ifaçılar və rəqs qrupları çıxış ediblər.

Sonda konsertdən əldə edilən vəsait hesabına xüsusi qayğıya ehtiyacı olan ailələrin övladlarına hədiyyələr təqdim olunub.