Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 09:55:00
Azİİ e-Kitab Evində kitab təqdimatı keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Ekologiya mühəndisliyinin neft sənayesindəki müasir problemləri” kitabının təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun Elmi İşlər üzrə prorektor Rauf Əliyarov, Qaz-neft mədən fakültəsinin (QNMF), Kimya Texnologiya fakültəsinin (KTF)  və İqtisadiyyat və Menecment fakültəsinin (İMF) professor-müəllim heyəti  və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan  AZİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında iştirakçılara məlumat verib.

Kitabın müəllifləri Neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov, İqtisadiyyat və Menecment fakültəsinin müəllimi Vidadi Axundov bakalavr və magistrlar üçün nəzədə tutulan dərslik haqqında fikirlərini bildirib və kitabın tələbələr üçün əhəmiyyətindən danışıblar.  Daha sonra kitab ətrafında müzakirələr aparılıb, KTF-nin dekanı professor Sevinc Məmmədxanova və digər iştirakçılar çıxış edərək kitabla bağlı fikir və təkliflərini bölüşüblər.