Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 16:22:00
Bakıda tələbə qız dəm qazından ölüb

Göyçay rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Babayeva Lalə Niyaməddin qızı Bakıda kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.