Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 14:12:00
Attestat verilən zaman diqqət edilməyən vacib məsələlər – Təhsil  sənədi

 

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədləri, daha doğrusu, şagirdlərə attestatlar verildikdən sonra rayon (şəhər) təhsili idarəetmə orqanına təqdim edilməli olan sənədlərlə bağlıdır.

AzEdu.az  “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” təlimata istinadla xəbər verir ki, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı bu istiqamətdə əsas sənəd hesab olunur.

Bu sənəd hər orta məktəbdə aparılır. Kitabın birinci hissəsində alınmış və verilmiş əsas təhsil haqqında adi və fərqlənmə şəhadətnamə blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz şəhadətnamə blanklarının qalıqları, habelə xarab olmuş blanklar, nömrəli göstərilməklə rayon (şəhər) Təhsil Şöbəsinə təhvil verilir.

Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında şəhadətnamə blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra  rayon (şəhər) Təhsil Şöbəsinə qaytarılır. Məktəb tərəfindən blankların təhvil verilməsi    haqqında kitabda müvafiq qeyd edilir və RTŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.

Ekstren yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların əsas təhsil haqqında şəhadətnamə blanklarının sağ küncündə "Ekstern” və ya "Dublikat” sözləri yazılır.

Əsas təhsil haqqında şəhadətnaməları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə şəhadətnaməsi barədə müvafiq qrafada qeydiyyat aparılır.

Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attetatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər.

Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.

Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, RTŞ müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Saxlanma müddəti isə daimidir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları