Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 16:45:17
500-ə yaxın tələbə-könüllü “Bakı Marafonu 2018”-ə dəstək verib  

Təhsil Nazirliyinin Bir” Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018”ə öz dəstəyini göstərib.

AzEdu.az xəbər verir ki, mart-aprel aylarında “Bakı Marafonu – 2018”-in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, 3000-ə yaxın müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb.

Beləliklə,  “Bakı Marafonu-2018”də “Bir” Tələbə-Könüllü proqramının 500-ə yaxın tələbə-könüllüsü iştirak edib.

Dövlət Bayrağı Meydanından başlayan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb.

Qeyd edək ki, hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16.000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin 7 regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.

Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.