Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-22 14:57:00
Direktor namizədlərə məktəb sənədləri ilə bağlı ən çox verilən sual - Şagirdin şəxsi işi

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də şagirdlərin şəxsi işləri ilə bağlıdır.

Sual:

Şagirdlərin şəxsi işində hansı məlumatlar qeyd edilir? O kim tərəfindən aparılır və şagird məktəbdən getdikdə kimə verilir? Məktəbi qurtardıqda şəxsi iş nə qədər saxlanılır?

Cavab:

AzEdu.az xəbər verir ki, bu məsələlər "Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat"da qeyd olunub. Təlimata əsasən,  bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır.

Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:

-Şagird haqqında ümumi məlumat;

-Siniflər üzrə yekun müvəffəqiyyəti.

Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil haqqında  şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona verilir.

Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.

Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.

Təhsilalan məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu  əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları