Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 16:18:28
Məktəblilər arasında atletika turniri keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri (qızlar və oğlanlar) arasında atletika dördnövçülüyü üzrə turnir keçirilib.

AzEdu.az xəbər verir ki, BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın proqramına 60 metr məsafəyə qaçış, uzunluğa tullanma, top atma, 500 metr (qızlar) və 800 metr (oğlanlar) məsafəyə kross qaçışı daxildir.

Yarışda paytaxt məktəblərinin VII–VIII siniflərində təhsil alan şagirdlərdən ibarət komandaları iştirak edib.

Turnirin nəticələrinə əsasən, qızlar arasında 245 nömrəli tam orta məktəbin komandası birinci, 106 nömrəli tam orta məktəbin komandası ikinci, 244 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. Oğlanlar arasında isə 17 nömrəli tam orta məktəbin komandası birinci, 244 nömrəli tam orta məktəbin komandası ikinci, 167 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutub.

Qalib komandalara medal və diplomlar verilib.