Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 14:09:00
“Məktəblilərarası astronomiya olimpiadası”nın qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetində (BDU) keçirilmiş “Məktəblilərarası astronomiya olimpiadası»nın qalibləri mükafatlandırılıb.

Bakı Dövlət Universitetindən AzEdu.az-a verilən məlumata görə, IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

Təşkilat komitəsinin qərarına əsasən ən yaxşı nəticə göstərən 3 şagird - Hikmət Güləliyev, Rəvan Quluzadə, Ayhan Süleymanzadə 1-ci yerə, 4 şagird - Toğrul Məmmədov, Rəşad Rəhimzadə, Nahid Əliyev, Şüeyib Aslanlı 2-ci yerə, 7 şagird - Azər Rzayev, Riyad Əlipaşalı, Vaqif Əliyev, Elşad İsgəndərli, Elxan Haqverdiyev, Murad Həsənov, Ramin Qasımlı isə 3-cü yerə layiq görülüblər.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qalibləri təbrik edərək əldə edilən təcrübənin gələcək olimpiadalarda daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.

 Bütün iştirakçılar hədiyyə və sertifikat, qaliblər diplom və xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan “Məktəblilərarası astronomiya olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.