Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 15:29:00
Avropa ekspertləri Texniki Universitetin rektoru ilə görüşüblər

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı TVİNNİNQ layihəsi çərçivəsində ali təhsil üzrə beynəlxalq ekspert  Jan Pol (Jean Paul) və layihənin rezident koordinatoru Liza Budanova (Lisa Bydanova) Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər. 

AzEdu.az xəbər verir ki, rektor qonaqlara  AzTU haqqında məlumat verib,  universitetin əsas inkişaf istiqamətlərindən danışıb.

Beynəlxalq ekspertlərin  AzTU-nun əməkdaşları ilə görüşündə geniş fikir mübadiləsi aparılıb, ali təhsil ocaqlarının strategiyasında qiymətləndirmə indikatorları, hədəflər, fəaliyyət planı və s. müzakirə edilib.