Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 16:06:02
Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

“Direktor Müşfiq Mirzəyevlə bağlı belə bir hadisənin baş  verdiyi doğrudur.  Lakin bu hadisə məktəbdə baş verməyib. Direktor toyda döyülüb”.

Ağsu rayon Təhsil Şöbəsindən  AzEdu.az-a verilən açıqlamaya əsasən, Şamaxı rayon Çöl Bağırlı  kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyev  hazırda xəstəxanadadır, özünü yaxşı hiss edir:

“Kənd yerində heç restoran da yoxdur.  Dünən “palatka toyu”nda davanı sakitləşdirmək üçün yaxınlaşan direktor  kənd sakini tərəfindən vurulub, sadəcə, zərərçəkən o, olub. Direktorla  əlaqə  saxlamışıq. Hazırda xəstəxanadadır, özünü yaxşı hiss edir.  Məlumat  yazılanda ümumiyyətlə düzgün yazılmalıdır. Hansısa direktor haqqında yalan məlumat yazmağın heç  bir adı yoxdur”. 

Qeyd edək ki, yayılan xəbərlərə  görə, Ağsu rayon  Ləngəbiz  kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.