Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 15:48:00
İbtidai sinif və ixtisas müəllimlərini birləşdirən problem - Dərs saatları kimə verilməlidir?

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də fənn bölgüləri ilə bağlıdır.

Sual:

İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarında əks olunub. Qaydalara görə, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılırazılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.

İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları