Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 15:22:03
  Novbərinin “Seçmə şeirlər” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə Novbərinin (Kərbəlayi Qara Məşhədi Süleyman oğlu Əliyev) “Seçmə şeirlər” kitabı nəşr olunub.

AMEA-dan AzEdu.az-a bildirilib ki, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun elmi redaktoru olduğu kitabı filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlı tərtib edərək nəşrə hazırlayıb.

Novbəri XX əsrdə dahi Füzulinin yaradıcılıq yolunu davam etdirən ən istedadlı şairlərdən biridir. Ömrü boyu Füzuli cazibəsindən çıxa bilməyən Novbəri böyük eşq şairinin “Divanı”ndakı bütün qəzəllərə müxəmməs yazıb. Kitabda şairin mənzumələri, mənzum məktubları, növhə, qəzəl və təxmisləri toplanıb.