Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 16:01:00
Dünyada fərqli qəbul imtahan formaları – Hiylənin qarşısını alan noutbuk

Dünyanın demək olar ki, bütün ölkələrində ali məktəblərə qəbul imtahanlarının obyektiv keçirilməsi üçün müxtəlif üsullardan istifadə edirlər.

AzEdu.az Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayına istinadla digər ölkələrdə keçirilən imtahanlar haqqında qısa məlumatı təqdim edir:

Norveçdə məzun və abituriyentlər hiyləgərliyə imkan verməyən xüsusi proqram təminatı ilə təchiz edilmiş təhsil noutbuklarında imtahan verirlər.

Braziliyada ENEM-də (vahid dövlət imtahanı) iştirak istəyə görə mümkündür. Bunun üçün altı ay üçün qeydiyyatdan keçmək və imtahanda iştirak haqqını ödəmək lazımdır. Bəzi ali məktəblərə qəbul olmaq üçün adi məktəb imtahanından keçmək kifayətdir. Yeri gəlmişkən, bu ali məktəblərdə yalnız pulsuz təhsil verilir.

İsveçrə, İslandiya, Filippin və Kiprdə hər məktəbdə fərqli imtahanlar keçirilir.

Yaponiyada ali məktəbə daxil olmaq üçün əvvəlcə məktəb, sonra isə universitet imtahanından keçmək lazımdır. Hətta fərqlənmə diplomu ilə bitirənlər də bu sınaqlardan keçməlidirlər.

Almaniyada ali məktəblərə qəbul olmaq üçün məzunlar 28 kursu bitirdikdən sonra iki adi və iki yüksək səviyyəli imtahandan keçməlidirlər.

Tailand Honkonqda iki cür imtahan verilir: biri mərkəzləşdirilmiş, digəri hər bir orta məktəbdə.

Kanada, İtaliya, Skandinaviya ölkələri, Almaniya və Avstriyada həm şifahi, həm də yazılı imtahanların verilməsi tələb olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları