Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 16:28:00
Amerikalı abituriyentlərin imtahan hiylələri: şparqalka, telefonlar, dərmanlar...

Sosial araşdırmalara əsasən, ABŞ-da da abituriyentlər buraxılış imtahanlarını asanlaşdırmaq üçün köçürmə metodlarından, müxtəlif cihaların (planşetlər, telefonlar) köməyindən, “şparqalka”dan istifadə edirlər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, Amerikada 12-ci sinif şagirdləri üçün riyaziyyat fənni üzrə buraxılış imtahanları çətinlik səviyyəsinə görə Avropada 7-8-ci sinif şagirdləri üçün keçirilən imtahanların səviyyəsinə bərabərdir.

ABŞ-dakı universitet və kolleclərə qəbul olunmaq üçün bütün məzunlar istisnasız olaraq standartlaşdırılmış test imtahanından keçməlidirlər.

Belə ki, imtahanlarda təqdim edilən tapşırıqlar, əsasən üç hissədən ibarətdir: riyaziyyat, mətn təhlili və inşa yazmaq. Burada beş mümkün variantdan ibarət suallar təqdim olunur. Hər bir fənn üzrə 200-dən 800- ə qədər bal toplamaq mümkündür. Bu ballar abituriyentin şəxsi “hesabına” daxil olur, o da gələcəkdə bu balları seçdiyi ali məktəbə daxil olmaq üçün istifadə edir. Test imtahanlarının ildə altı dəfə keçirildiyini nəzərə alsaq, Amerikanın ali məktəblərinə daxil olmaq istəyən şəxslər əldə etdiyi nəticələr onları qane etmədiyi təqdirdə yenidən imtahanlarda iştirak etmək hüququna malikdirlər.

Məlumata əsasən, dolayı yollarla imtahan vermək məsələsinə gəlincə, bu sahədə amerikalı abituriyentlərin “bacarıqları” çox yaxşı inkişaf edib. Belə ki, imtahanları asanlaşdırmaq üçün onlar köçürmə metodundan, müxtəlif cihaların (planşetlər, telefonlar) köməyindən, “şparqalka”dan, müxtəlif saytların xidmətlərindən, hətta beyin fəaliyyətini stimullaşdıran xüsusi dərmanlardan istifadə edirlər. Amerikalı abituariyentlər üçün də ən böyük cəza imtahanlara növbəti dəfə buxarılmamaq ola bilər.