Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 13:41:00
Sorğu nəticələrinə əsasən, respondentlərin  68%-i ixtisas qrupunu özü seçib

AzEdu.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində məlumat verilib.

Sorğunun nəticələri göstərir ki, abituriyentlərin 68%-i (299 nəfər) ixtisas qrupunu özü, 19%-i (85 nəfər) valideynlərin məsləhəti ilə, 9%-i (39 nəfər) müəllimlərin məsləhəti ilə, 3%-i (12 nəfər) qohumların, tanışların məsləhəti ilə, 1%-i (7 nəfər) internetdə apardığı araşdırmalar nəticəsində seçdiklərini bildiriblər.

Maraqlıdır ki, II qrupda ixtisasını özü seçənlərin payı (74%) digər qrupdakılardan daha çoxdur. IV qrupda isə ixtisasını özü seçənlərin payı ən aşağıdır. Belə ki, bu qrupu seçən abituriyentlərin 33%-i valideynlərinin məsləhəti ilə bu qərarı veriblər.

Gender cəhətdən isə abituriyentin kişi və ya qadın olması onun ixtisas qrupunu seçməsinə əhəmiyyətli dərəcədə təsir etmir. Valideyn respondentlərin 70,2%-nin fikrincə, övladı ixtisas qrupunu özü seçib. 13,8%-i valideynlərinin məsləhəti ilə, 10,4%-i müəllimlərinin məsləhəti ilə, 4,6%-i qohumların, tanışların məsləhəti ilə, 1%-i internetdə apardığı araşdırmalar nəticəsində seçdiyini bildirib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanan analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı bu gün geniş konfrans keçirilib.