Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 13:21:00
Valideynlər testin zərərlərini nədə görürlər? - Sorğu

Respondentlərin 60%-dən çoxu test üsulu ilə qəbulun əzbərçi nəsil yetişdirdiyi fikrindədir.

AzEdu.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində məlumat verilib.

Bildirilib ki, "test üsulu ilə qəbul əzbərçi nəsil yetişdirir" fikri ilə respondentlərin 25,5%-i (102 nəfər) tam razı, 15%-i (59 nəfər) razı, 22,5%-i (90 nəfər) qismən razıdır. Respondentlərin 21 %-i (83 nəfər) test üsulunun effektsizliyi fikri ilə razı deyil, 16%-i (64 nəfər) isə heç razı deyil.

Hesabata əsasən, valideyn və müəllim respondentlərin isə 20%-i bu fikirlə tam razı, 20%-i razı, 22,5%-i qismən razıdır. Sözügedən fikirlə valideyn və müəllimlərin 15%-i razı deyil, 22,5%-i isə heç razı deyil.

"Test üsulu ilə qəbul əzbərçi nəsil yetişir" fikri ilə razılıq dərəcəsi III qrupu seçən abituriyentlər arasında digər qruplara nisbətdə daha geniş müşahidə edilib.

Maraqlıdır ki, valideynlərlə müsahibə metodu ilə aparılan sorğuda onların bəziləri test üsulunun müsbət tərəfəri ilə yanaşı, şagirdlərdə əzbərçilik yaratdığı, yazı və digər vərdişlərinin zəif inkişaf etməsinə mənfi təsir göstərdiyini qeyd ediblər. Hətta bəzi valideynlər dərslərin sovet dövründəki kimi keçirilməsinin daha uyğun olduğunu bildiriblər. Bu cür düşünən valideynlərin fikrincə, belə olan halda şagirdlər savadlı, xətləri isə gözəl olar.

Təhsil ekspertlərinin fikrincə, "test əsasən məntiqi təfəkkürü inkişaf etdirdiyindən və daha çox əzbərçiliyə meyil yaratdığından yazı vərdişlərini inkişaf etdirmək üçün imtahanlara qapalı testlərlə yanaşı, açıq tipli tapşırıqlar da salınıb. Bu da imtahan verənlərə lazımi vərdişlərə yiyələnmədikləri üçün müəyyən çətinliklər yaradıb və bir sıra hallarda onların toplayacaqları ballara da təsirsiz ötüşməyib.

Göründüyü kimi, sorğuda iştirak edən əksər respondentlər “Test üsulu əzbərçi nəsil yetişdirir” fikri ilə razı olduqlarını, bunun qarşısını almaq üçün açıq tipli sualların sayının artırılmasının vacib olduğunu bildiriblər.

Əlavə edək ki, test üsulu geniş bir anlayışdır və özündə müxtəlif növ tapşırıqları ehtiva edir. Builki qə- bul modelindən də göründüyü kimi, yeni tədris proq- ramının tələblərinə uyğun olaraq abituriyentlərin bilik və bacarıqlarını ölçmək üçün açıq tipli sualların sayı artırılıb. Bu səbəbdən test üsulu ilə bağlı responden- tlərə verilmiş hər iki sual əsasən qapalı tipli suallarla bağlı olub.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı geniş konfrans keçirilib.