Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 13:11:00
“İphone” orta məktəb şagirdlərinə qadağan edilməlidir-Deputat sərt danışdı

“iPhone" bütün əxlaqları məhv edir. Böyük danışırsa, hamı dinləməlidir.Amma hər kəs telefonla oynayır. Bu, bədbəxtlikdir".

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Elxan Süleymanlı deyib.

O, ali təhsil müəssisələrində tələbələrin mütəmadi şəkildə telefonla oynaması məsələsinə  toxunub.

"Həmin tələbələr ixtisasından xəbərsiz şəkildə məzun olur və sonradan öz ixtisasları üzrə işləmirlər. Bu, sadəcə biabırçılıqdır. Hər il bu qədər məzunun universitet bitirməsi bizə lazımdırmı? Bu barədə düşünmək vacibdir”.

Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər.

Ayşə MÜSEYİB