Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 12:34:00
 İmtahanlarda istifadə edilən açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar...

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda iştirak edən abituriyentlərin 54%-nin (217 nəfər) fikrincə, imtahanlarda istifadə edilən açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar var.

AzEdu.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində məlumat verilib.

Bildirilib ki, bu çatışmazlıqlar qismində abituriyentlərin 37%-i yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların vaxt aparmasını, 25%-i hesablama tipli tapşırıqların çətinliyini, 21%-i uyğunluğu müəyyən etmək tipli tapşırıqların konkret olmamasını, 17%-i seçim tələb edən tapşırıqların mürəkkəbliyini göstəriblər.

Məlumata əsasən, açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar qismində valideyn və müəllim respondentlərin 62.8%-i yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların vaxt aparmasını, 37,2%-i seçim tələb edən tapşırıqların mürəkkəbliyini, 2,6%-i uyğunluğu müəyyən etmək tipli tapşırıqların konkret olmamasını, 18,6% -i hesablama tipli tapşırıqların çətinliyini vurğulayıblar.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı geniş konfrans keçirilib.