Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 11:39:00
İnsan müdaxiləsi olan yerdə obyektivlikdən danışmaq mümkün deyil

“DİM- imtahanların qiymətləndirilməsində insan  müdaxiləsi olanda istər-istəməz insanların düşüncəsində "şübhə toxumlari cücərir".

AzEdu.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, situasiya, mətn və mənbə əsaslı tapşırıqların qiymətləndirilməsi respondentlərin 35 faizindən çoxunu qane etmir. Situasiya mətn və mənbə əsaslı tapşırıqların qiymətləndirilməsi rəyi soruşulan abituriyentlərin 19%-ni tam qane edir.

Qeyd edək ki, respondentlərin 80%-dən çoxu fənnlərə verilən ballar haqqında əvvəlcədən məlumatlı olub. 57 faiz əvvəlcədən, 24 faiz qismən məlumatlı olduğu halda 19 faizinin heç bir məlumatlı olmayıb.

Valideyn və müəllimlər arasında keçirilən sorğunun nəticələrinə görə 2.4 % obyektivliyə çox inanır. 39.5 % inandığıni, 30,2 faiz qismən inandığını, 16.3 inanmadığını, 11. 6 % heç inanmadığını qeyd edib. Ümümilikdə respondentlərin 75 %-dən çoxu qiymətləndirmənin obyektivliyinə inanır.

Araşdırmalardan görünür ki, ən çox narahatlıq doğuran məsələlərdən biri də yoxlama müddətinin uzun çəkməsidir. Valideynlər qeyd edir ki, " əvvəl imtahandan 3 gün sonra cavablar çıxırdı və şagirdlər neçə bal topladığını bilib rahat olurdular”. Valideynlər bildirib ki, yoxlama müddətinin uzun olması şagirdlərdə əlavə həyəcan yaradır. Bu məsələ ilə bağlı DİM-in mövqeyi belədir ki, yazı işləri, açıq tipli test tapşırıqlarının mütəxəssislər tərəfindən yoxlanılması üçün proqram təminatı hazırlanıb. Hər bir yazı işi scan olunur və 2 marker tərəfindən qiymətləndirilir. Marketlərə yazı işinin müəllifi haqqında heç bir məlumat verilmir. 4-5 gün hazırlıq prosesinə, 2-3 gün isə yoxlama prosesinə gedir. Məlumat üçün bildirək ki, yoxlama zamanı marketlərin nəticələri arasında fərq olduqda 3-cü marker tərəfindən təkrar yoxlanılır.

Ayşə MÜSEYİB