Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 11:09:00
Rus  və digər əcnəbi bölmələrdə hansı fənlər ana dilində  tədris olunmalıdır?-Cavab

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

 Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də Rus bölmələrində bəzi fənlərin Azərbaycan dilində tədrisi ilə bağlıdır.

Sual:

Rus və digər əcnəbi bölmələrdə hansı fənlər ana dilində  tədris olunmalıdır?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsil haqqında qanunun 7-ci madəsində əks olunub. Qanuna görə, ölkə ümumtəhsil  müəssisələrində dövlət dili ana dilidir. Amma vətəndaş və təsisçinin istəyindən asılı olaraq, tədis müvafiq təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. bu zaman Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğafiyası kimi fənlərin ana dilində tədrisi zəruridir.

Tədrisdə çətinlik çəkən, Azərbaycan dilini zəif bilənlər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramına uyğun olaraq hazırlıq sinifləri və kursları təşkil olunur.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları