Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 16:55:00
Direktor Pedaqoji Şurada qəbul olunan qərarlara müdaxilə edə bilər?-Təhsil qanunu

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

 Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəbin əsas idarəetmə orqanlarından biri olan Pedaqoji Şuranın qərarlarının təsdiqlənməsi ilə bağlıdır.

Sual:

Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?

Cavab:

Bəli. Pedaqoji Şurada qəbul olunmuş qərarlar məktəb direktorunun əmri ilə rəsmiləşdirilməlidir.

Bu barədə Ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamədə qeyd olunub. Əsasnaməyə görə, Pedaqoji Şuranın sədri orta ümumtəhsil müəssisəsinin direktoru olur. Qəbul edilən bütün qərarlar onun əmri ilə rəsmiləşdirilir. Şura qərarları isə adi səs çoxluğu ilə qəbul olunur.

Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.

Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının  təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

 Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları