Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 15:27:00
“Türkiyə bursları”na qeydiyyat tarixi açıqlandı

Türkiyə Respublikasının 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramının qeydiyyat tarixi açıqlanıb.

AzEdu.az xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu 10 yanvar, 2020-ci il tarixində başlayacaq.

Proqrama müraciət isə ayrılan vaxt 2020-ci ilin 20 fevral tarixində yekunlaşacaq.

Təhsil səviyyəsinə uyğun aylıq təqaüdlər bakalavriat səviyyəsi üzrə 700 TL; magistratura səviyyəsi üzrə 950 TL; doktorantura səviyyəsi üzrə isə 1400 TL müəyyənləşdirilib

Qeyd edək ki, bu təqaüd proqramı tələbələr üçün nəzərdə tutulan bütün xərcləri əhatə edir. Sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.