Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 15:00:00
İmtahan tarixləri tezliklə DİM tərəfindən elan ediləcək- Rezident namizədlərin diqqətinə

Əksər illərdə rezidenturaya qəbul imtahanlarının ilk mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən mart-aprel aylarında həyata keçirilir.

Keçən il bu imtahanların I mərhələsi aprelin 7-də baş tutmuşdu.

Bu il isə rezidenturaya hazırlaşanlar arasında imtahanların bir neçə həftə irəli çəkiləcəyi ilə bağlı məlumatlar dolaşır. Onlar bunu ölkə daxilində keçiriləcək müxtəlif beynəlxalq yarışlarla əlaqələndirirlər.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə, Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzdən bildirilib ki, imtahan tarixləri DİM tərəfindən ilin əvvəllərində rəsmi elan olunacaq. Rezident olmaq istəyənlərə DİM tərəfindən verilən məlumatları izləmək məsləhət görülüb.

Qeyd edək ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Qəbul imtahanlarının I mərhələsi isə 2 saat 30 dəqiqə davam edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları