Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 11:19:00
Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasının medalçıları

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında 4 gümüş və 2 bürünc medal alan şagirdlərimiz 100 faiz nəticə göstərərək ölkələrin reytinq siyahısında yuxarı mövqedə qərarlaşıb.

2004-cü ildən etibarən bu olimpiadaya qatılan Azərbaycan şagirdləri tərəfindən ümumilikdə 4 gümüş və 38 bürünc medal qazanılıb. Cari ildə isə şagirdlərimiz uğur əldə etməklə medalların sayını 48-ə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası 3-12 dekabr 2019-cu il tarixlərində Qətərin paytaxtı Dohada keçirilib. Builki olimpiadada ölkəmizi təmsil edən 6 şagirdin hər biri qalib olub.