Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 09:17:00
Direktor işdən çıxmaq istəyən müəllimin müqaviləsini ləğv etməyə bilər? - Aktual  

AzEdu.az mütəmadi olaraq müəllimləri maraqlandıran praktiki məsələlər, əmək qanunvericiliyi ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək direktorların işə qəbul imtahanı üzrə müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər üçün də vacibdir.

Sual:

Hansı halda direktor işdən çıxmaq üçün müraciət edən müəllimin müqaviləsini ləğv edə bilməz?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsinin 69-cu maddəsində əksini tapıb. Məcəlləyə əsasən, müəllim ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək direktor əmək müqaviləsini ləğv edə bilməz.

Xəbərdarlıq müddətindən əlavə, müəllim məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğvi xahişi ilə direktora ərizə verə bilər.

Müəllim fikrini dəyişdiyi təqdirdə əmək müqaviləsinin ləğvi ilə bağlı ərizəsini geri götürmək barədə direktora yazılı müraciət edə bilər.

Qeyd edək ki, müəllimin əmək müqaviləsinə yalnız aşağıdakı əsaslarla xitam verilə bilər:

-Tərəflərdən birinin təşəbbüsü;

-Əmək müqaviləsinin müddətinin qurtarması;

-Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

-Tərəflərin iradəsindən asılı olmayan hallar;

-Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları