Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 16:06:00
25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub -2019-cu ilin təhsili

“Bu il Bakıda 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub”.

AzEdu.az  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. O bildirib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

"2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb”, -deyə R.Tağıyev əlavə edib.