Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 15:12:00
Yalnız bu müəllimlərə maaşlarından vergi tutulma zamanı güzəşt edilir – Diqqət

AzEdu.az müəllim və direktorları maraqlandıran məqamlar barədə yazılar yayımlamaqda davam edir. Bu kimi sualların cavabını bilmək gələcəkdə direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyənlər üçün də vacibdir.

Hazırda müəllimləri əməkhaqlarından nə qədər vergi tutulması, bu zaman tətbiq edilən güzəştlər maraqlandırır.

AzEdu.az məlumat verir ki, aşağıdakı müəllimlərə vergi tutulmaları zamanı güzəştlər tətbiq olunur:

-Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, Müharibə əlilləri, həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının(ərlərinin), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin, Çernobl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər;

-I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər;

-Həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və həyat yoldaşları, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə AR ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və həyat yoldaşları,(Bu şəxslərə güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar).Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifələr, daim qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə),arvad (ər), himayəçi və ya qəyyum; Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir;

Bundan əlavə, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır

Qeyd edək ki, müəllimlərin əməkhaqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%

Ümumilikdə hesablanan maaşdan 19,5 % vergi çıxılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları