Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 10:48:15
Məktəblilərin gün ərzində sərbəst girə bildiyi möhtəşəm muzey -FOTO
Bu yaxınlarda  Mərdəkan-Şüvəlan ərazisində əsası qoyulan yeni incəsənət muzeyi yerli əhali və qonaqlara qapılarını açıb. 
 
 
AzEdu.az  xəbər verir ki, “Sima Art Muzey”  adı altında fəaliyyət göstərəcək yeni qalereyada insanlar  məşhur  Azərbaycan və Avropa rəssamlarının əsərləri ilə tanış ola biləcəklər.  
 
Qalereyada nümayiş etdirilən əsərlərin əsas hissəsini ehtiyyatda olan polkovnik Zəlimxan Hüseynovun kolleksiyasi təskil edir.
 
Muzeyə əsas yaraşıq qatan nümunələr  rəssamlar Cavad Mircavadov və Həbib Bağırovun əsərləridir. Bunların arasında C. Mircavadovun dörd əsərini xüsusilə qeyd etmək olar. Onlardan ən məşhuru isə  giris qapısı  ilə üzbəüz  asılan 200x220 sm ölçüsündəki  “Xəzər qayığı”  əsəridir.
 
Qeyd edək ki, qalereyanın təsisçisi və ideya müəllifi  Zəlimxan Hüseynov, müdiri isə peşəkar rəssam Vasif  Səftərovdur.
 
Muzeyin yaradılmasının  əsas məqsədi əhalini incəsənət sahəsində maarifləndirmək, yerli və əcəbi rəssamların bir  yerə toplanmasına, fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.  
 
Muzeyin ilk qonaqlarından biri Şüvəlan kəndinin ağsaqqalı, Xalq rəssamı akademik Arif  Əziz bu təşəbbüsü ürəkdən alqışlayaraq,  xeyir duasını verib.
 
 Muzeyi ilk günlərdə  ziyarət edən qonaqların arasında görkəmli Azərbaycan rəssamlarından Qəyyur Yunis, Səmədağa Cəfərov, Nağdəli Xəlilov qalareyanın fəaliyyətində yaxından iştirak edib, öz məsləhət və tövsiyyələri ilə qalareyanin fəaliyyətinə töhfə veriblər.
 Sənətsevərlər və adi qonaqlar qalareyanı mədəni istirahət yeri kimi qəbul edib boş vaxtlarını səmərəli keçirtmək  üçün  böyük həvəslə övladlarını gətirib rəsm əsərləri ilə tanış olurlar. 
 
Ürəkaçan məqam isə muzeyə girişin sərbəst olmağıdır. Səhər saat 10:00 dan axsam saat 10:00 - dək  fəaliyyət göstərən muzey bütün təbəqə üçün əlverişlidir.