Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 12:11:00
“Türkiyənin heç bir universitetində qiyabi təhsil yoxdur”-Ekspert

“Türkiyənin heç bir universitetində qiyabi təhsil yoxdur”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

“Təəssüf ki, son illərdə ölkəmizdə xarici ölkələrdə təhsil almağa gedənlərin bir qrup şəxs tərəfindən aldadıldığını müşahidə edirik. Xarici ölkələrə qəbul adı altında fəaliyyət göstərən bu cinayətkar dəstə müxtəlif bəhanələrlə insanları aldadırlar. İnsanları aldatmaq da müxtəlif formalarda həyata keçirilir. Bu cinayətkar dəstənin insanları aldatdığı məsələlərdən biri Türkiyədə qiyabi təhsil vədi ilə bağlıdır. Qeyd edim ki, Türkiyənin heç bir universitetində qiyabi təhsil yoxdur. Orada olan “Açıq öyrətim” və “Distant təhsil” dir ki, onlar da ölkəmizdə birmənalı şəkildə tanınmır. Düzdür Təhsil haqqında 13-cü maddəsinə əsasən isə respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:

Əyani;

Qiyabi;

Distant (məsafədən);

Sərbəst (eksternat).

Kamran Əsədov xarici universitetlərdən verilən diplomların hansı formada tanınması  qaydasından da söz açıb:

“Xarici ölkələrdə əyani və qiyabi təhsil alan tələbələrin diplomları tanınır. Onun da müəyyən prosedur qaydaları var ki, əsası da, əyani təhsil alan o ölkədə semestr ərzində azı 90, qiyabi təhsil alan 15 gün olmalıdır. Bu müddət olmasa, diplomun tanınmamasından imtina olunur.

Ölkəmizdə bir qrup şəxs valideyn və tələbələri aldadaraq onları Türkiyə universitetlərinin qiyabi təhsilinə qəbul aldığı vədini verir, sonra da Türkiyədən bir neçə müəllim gətirib burada müəyyən dərslər verirlər. Bu insanların etibarından sui-istifadə etməkdir. Birmənalı şəkildə deyimki, bu tipli dərslərə cəlb olunanların diplomları nə indi, nədə yaxın 4-5 il ərzində tanınması ilə bağlı bir məsələ müzakirə olunmur.

 Kamran Əsədəov bildirib ki, xüsusilə Türkiyə universitetlərində təhsil alanların sənədləri ciddi formada yoxlanılmalıdır:

“Təəssüf ki, bəzi universitet və məktəblər binalarını, otaqlarını bu Türkiyənin “Açıq öyrətim” və “Distant təhsil” adı altında xidmət göstərən qruplaşmalara icarəyə verirlər. Onlar ilk baxışdan sadəcə olaraq, binalarını icarəyə verirlər. Əslində isə, orada insanlarımızın, gənclərimizin aldadılmasına göz yumur şərait yaradırlar.

Maraqlıdır ki, bu qruplaşmalar hər sezon başqa bir yerdə başqa ad altında fəaliyyət göstərirlər. Buradan bütün təhsil müəssisələrinə, hüquq mühafizə orqanlarına müraciət edirəm ki, xaricdə təhsil şirkətlərin fəaliyəti daha ciddi formada nəzarətə götürülsün. İndiyə qədər xarici ölkələrdə təhsil almağa gedənlərin sənədləri yenidən yoxlanılsın.

Xüsusi ilə Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sənədləri ciddi şəkildə yoxlanılmalıdır.

Təəssüf ki, son illərdə daha çox tələbələrin ölüm hadisələri bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin payına düşür, ən çox aldadılma halları Türkiyədə təhsil almağa gedənlərdə olur.

Məsələnin pis tərəfi isə odur ki, bir çox hallarda ölkəmizdən Türkiyəyə təhsil almağa gedən gənclərimizə qarşı törədilən qanunsuzluqlarda həmin universitetlərin əməkdaşları da iştirak edirlər”.  

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları