Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 10:02:43
Təhsil Nazirliyi dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçıları mükafatlandırıb

Təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən şahmatçılarla görüşüb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını qazandıqları nailiyyətlərə görə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini vurğulayıb.

Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyələr təqdim edilib.