Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 17:48:54
Türkiyədə təhsil alan əcnəbi tələbələrə işləməyə icazə veriləcək

Türkiyədə təhsil alan əcnəbi tələbələrə rəsmi şəkildə iş izni veriləcək

AzEdu.az Türkiyə mediyasına istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Tələbə Assosiasiyasında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Növbəti tədris ilindən etibarən xarici tələbələrə işləmək üçün rəsmi icazə veriləcək və onlar  ümumi icbari tibbi sığortadan yararlanacaqlar.

Ölkəmizə “Türkiyə Bursları” proqramı vasitəsilə gələn və öz hesabına oxuyan 115 min qonaq tələbəmiz var. Dünyanın, demək olar, hər tərfindən gələn tələbələrə sahibik. Məqsədimiz, Türkiyədəki xarici tələbələrin sayını 350 minə qədər artırmaqdır. Beləliklə, biz dünyada ən çox əcnəbi tələbələrə ev sahibliyi edən ən yaxşı 5 ölkəyə daxil olacağıq”.