Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 11:35:00
Yeni təsis olunacaq ikili diplom proqramları bu sahələri əhatə edəcək

Ölkə ərazisində 5 yeni ikili diplom proqramının təsis edilməsi gözlənilir.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda da nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkil ediləcəyi qeyd olunur.

Təhsil TV-də verilən məlumata görə isə 2019-2023-cü illər ərzində ölkə ərazisində dövlət proqramı çərçivəsində ilkin mərhələdə 5 ikili diplom proqramının təsis edilməsi gözlənilir.

Beynəlxalq ikili diplom proqramlarının Azərbaycanın inkişaf prioritetlərinə uyğun sahələr - kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər sahələr üzrə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ikili diplom proqramları fəaliyyət göstərir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları