Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 13:03:00
Qədim Avropa ölkəsində tədris – Ən ucuz təhsil haqqı, çox asan şərtlər

Hər il olduğu kimi bu il də xaricdə təhsil almaq istəyən gənclərimizin sayında artım müşahidə olunur. 

Gənclərimiz öz istəklərinə uyğun və bilik göstəricilərinə müvafiq olaraq əcnəbi universitetləri seçirlər.

Azərbaycanlı gənclər isə daha çox Avropa ali təhsil müəssisələrində oxumağa üstünlük verirlər.

Son zamanlar Yunanıstanda təhsil almaq istəyən gənclərimiz də kifayət qədərdir.

AzEdu.az tələbatı nəzərə alaraq Yunanıstanda təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Yunanıstandır.

Yunanıstanda 6-15 yaş arasında olan şagirdlər üçün təhsil məcburidir. Ölkənin orta məktəb səviyyəsində təhsilin müddəti 12 ildir.

Yunanıstanda  ənənəvi və texniki istiqamətli olmaqla 24 universitet fəaliyyət göstərir. Ölkədə bakalavr təhsilinin müddəti 4 il, magistr isə 1-2 ildir.  Universitetlərdə  tibb sahələri üzrə tədris proqramı 6 il davam edir. Yunanıstanda bütün universitetlər dövlətə məxsusdur.

“Yunanıstan Avropada Polşadan sonra ən ucuz təhsil xərcləri olan ölkədir”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, Yunanıstanda təhsil almaq istəyənlərin ən çox sual verdikləri mövzulara da aydınlıq gətirib:

“Yunanıstan universitetlərində həm ingilis  həm  də yunan dilində təhsil almaq mümkündür.  Bu ölkədə həm dövlət həm də özəl universitetlər fəaliyyət göstərir. Yunanıstanın dövlət universitetlərində maksimum təhsil haqqı 2000 avrodur.  Amma özəl universitetlərdə təhsil haqqı dövlətlərlə müqayisədə bahadır. Özəl universitetlərdə təhsil haqqı 3500-5000 avro arasındadır. Yunanıstanda bakalavr səviyyəsində oxumaq üçün 12 illik təhsil sistemini bitirmək tələb olunur. Bu ölkəyə bakalavr təhsili üçün gedənlərin Azərbaycanda ən azı birillik universitet təhsili olmalıdır. Məsələn, tələbə II kursdan artıq Yunanıstanda təhsil ala bilər. Magistr təhsili üçün isə bakalvr diplomu əsasdır.

Həsən Əliyev Yunanıstanda təhsil almaq arzusunda olan tələbələrin viza prosesində üzləşdikləri çətinliklər barədə məlumat verib:

“Yunanıstanda təhsil almaq üçün viza şərtləri  çətin deyil. Sadəcə viza prosesinin müddəti digər ölkələrlə müqayisədə çoxdur. Burada viza prosesinin müddəti 2-3 aydır. Həmçinin, viza prosesi zamanı bank hesabı da istənilir. 

Yunanıstanda yaşayış xərcləri və kirayə haqqı təxminən 400-500 avro təşkil edir.  

Yunanıstanda magistr səviyyəsi üzrə tədris ilinin müddəti MBA proqramlarında  1illik, digər ixtisaslarda isə 2 illikdir.  Hazırda Yunanıstan Avropada Polşadan sonra ucuz təhsil xərcləri olan ölkələrdən biridir. Yunanıstanda təhsil xərclərinin aşağı olması ölkədə baş verən böhranla əlaqəlidir.

Yunanıstanda  kənd təsərrüfatı və baytarlıq ixtisasları üzrə  təhsil almaq daha yaxşıdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları