Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 12:34:00
Türkiyə daha bir Azərbaycan universitetinin diplomunu TANIDI

 

 “Odlar Yurdu Universiteti YÖK tərəfindən tanınan ali təhsil müəssisələri siyahısına daxil edilib”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib.

Xatırladaq ki, son iki-üç ayda sosial şəbəkələrdə yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu – YÖK- Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Yəni bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura səviyyəsində təhsil ala bilməyəcəklər.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyevin sözlərinə görə, artıq Odlar Yurdu Universitetini bitirənlər asanlıqla Türkiyədə təhsil ala bilərlər:

“Odlar Yurdu Universitetinin Türkiyədə təhsil almaq istəyən məzunlarına şad xəbər vermək istərdim. Artıq Odlar Yurdu Universitetindən əldə edilən diplomlar Türkiyənin Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən tanınacaq.  Yəni Odlar Yurdu Universitetinin məzunları Türkiyədə  magistr  təhsillərini davam etdirə biləcəklər. Onu da bildirim ki, YÖK Odlar Yurdu Universitetinin tanınmasını sentyabrın 27-də bütün ali təhsil müəssisələrinə məlumat kimi siyahı göndərib”.

Həsən Əliyev Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən tanınmayan Azərbaycan universitetlərindən də söz açıb:

“Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən Gəncə Texnologiya Universitetinin diplomları tanınmır. Əlavə olaraq bildirim ki, Azərbaycan universitetlərindən hansının “tanınması” ilə bağlı YÖK siyahı açıqlamır. Sadəcə, hər hansı Azərbaycan universitetlərinin  tanınması ilə bağlı müraciət edəndə məlumat almaq olar”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları