Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 11:35:00
Əmək müqaviləsinə xitam verilən müəllim MİQ-də iştirak edə bilər? –Cavab

AzEdu.az direktor gələcəkdə direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyənlər üçün müsahibə mərhələsində ən çox verilən sualların cavablarını təqdim edir.

Müsahibədə namizədlərə ən çox verilən suallardan biri də əmək müqaviləsinə xitam verilmiş müəllimlərlə bağlıdır. Bu kimi suallar əksər müəllimləri də düşündürür:

Sual:

Əmək müqaviləsinə xitam verilən müəllim yenidən işə qəbul imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlaya bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsil haqqında qanunla tənzimlənir. Qanunvericiliyə görə, etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Bundan əlavə, qanunvericiliyə əsasən, aşağıdakı şəxslər də pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

-Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

-Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş şəxslər;

-Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;

-Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulanlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları