Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 16:31:00
Cərəyan dəyişmələrini aşkar edən və yanğınların qarşısını alan yeni alət təqdim edilib

Amerikalı mühəndislər tərəfindən təqdim edilmiş yeni alət elektrikötürmə xətlərində cərəyan dəyişmələrini müəyyənləşdirərək bu haqda avtomatik kommunal xidmətlərinə məlumat verir. Alimlər əmindirlər ki, bu texnologiya meşə yanğınlarının sayını kəskin azaldacaq.

AzEdu.az  ictnews.az-a istinadən bildirir ki, Texas və Kaliforniya daxil olmaqla ABŞ-ın bir neçə ştatında "Distribution Fault Anticipation" adlandırılmış texnologiyanın tətbiqinə başlanılıb.

"Biz problem qurğular yenicə sıradan çıxmağa başladıqda tapa bilsək, həmçinin deqradasiya prosesində olan qurğuları fəlakət baş verməzdən əvvəl tapa bilsək - bu, böyük qələbə olacaq" - sözügedən texnologiyanın yaradıcılarından biri olan Rassel Don deyib.