Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 13:00:00
İzmirdə “D-Space” proqramı ilə tanışlıq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərində ezamiyyətdə olub.

“Ezamiyyə müsabiqəsi”nin qalibləri olan əməkdaşlar İzmir Yüksək Texnoloji İnstitutu və İzmir Milli Kitabxanasını ziyarət ediblər. İzmir Yüksək Texnoloji İnstitutunun rektoru Yusuf Barana MEK-in proqramları haqqında ətraflı məlumat verilib və nəticələri müzakirə edilib. İnstituta MEK tərəfindən Nəsimi və Azərbaycanın mədəniyyəti ilə bağlı kitablar da hədiyyə edilib.

Daha sonra MEK-in kollektivi institutun kitabxana direktoru Gültəkin Gurdal və əməkdaşları tərəfindən “D-Space” proqramı ilə təlim-seminar formatında tanış olub və İzmir Yüksək Texnoloji İnstitutunun kitabxanasının fəaliyyətini müşahidə ediblər.

İzmir Milli Kitabxanasının direktoru Ulvi Puğ da MEK-in əməkdaşları ilə görüşüb. Sonra kitabxanaya ekskursiya edilib, əməkdaşlara zəruri  məlumatlar verilib.