Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 11:07:00
Azərbaycan Universitetində növbəti ənənəvi şahmat turniri keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII Daxili Şahmat Turniri keçirilib. Dairəvi sistem üzrə keçirilən ənənəvi turnirdə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib.

AzEdu.az xəbər verir ki, turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Cavid Əhmədov olub. Humanitar fənlər fakültəsinin Tərcümə ixtisası üzrə I kurs tələbəsi Yusif Qayıbov II yeri, Tarix ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ceyhun Hacıyev isə III yeri tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.