Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 10:46:00
Direktorların nəzərinə: Məktəbin idarə olunmasına yalnız bu şəxslər müdaxilə edə bilərlər

Hazırda direktor olmaq istəyən namizədlərin yerlər üzrə təyinatı davam edir. AzEdu.az direktor gələcəkdə direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyənlər üçün müsahibə mərhələsində ən çox verilən sualların cavablarını təqdim edir.

Sual:

Ümumi təhsil müəssisəsinin idarə olunmasına kimlər müdaxilə edə bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Azərbaycan Respublikasının Təhsil haqqında qanunu ilə tənzimlənir.

Qanunvericiliyə görə, təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Yəni, orta məktəbin idarə edilməsinə yalnız yerli təhsili idarəetmə orqanları və Təhsil Nazirliyi müdaxilə edə bilər.

Qanunda o da qeyd edilib ki, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında idarə edilir.

Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin edilən direktor həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı isə elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.

Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər şurasının təyin etdiyi direktor həyata keçirir.

Təhsil müəssisəsinin idarə olunmasının demokratiklik və şəffaflığını təmin etmək məqsədi ilə orada idarə və özünüidarə orqanları - ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s. yaradıla bilər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları