Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 11:21:00
Summativ qiymətləndirmə yalnız bu fənlərdən keçirilməlidir –Şərt

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı.

Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda valideyn və şagirdləri maraqlandıran məqamlardan biri də təmayülləşmənin tətbiq olunduğu siniflərdə summativ qiymətləndirmənin hansı fənlər üzrə keçirilməsidir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar “Təhsilalanların attestasiyası qaydaları”nda əks olunub.

Qaydalara görə, ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı 3 təmayül fənni üzrə də summativ qiymətləndirmə keçirilir. Bu fənlər isə müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilir.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I sinif istisna olmaqla bütün siniflər üzrə KSQ keçirilir.

BSQ IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları