Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 12:50:00
İmtahan günü DİM-in çağrı mərkəzində problem yarandı - Valideynlərdən etiraz

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildiyi vaxtda DİM-in “Çağrı Mərkəzi” ilə bağlı problem yaranıb.

AzEdu.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. “Çağrı Mərkəzi”nin imtahan günü işləməməsi imtahan verən abituriyentlərin yaxınları tərəfindən narazılıqla qarşılanır. Bu, onların bir çox problemlərini vaxtında həll edə bilməməsinə səbəb olub.

Abituriyentlərin valideynləri bildiriblər ki, onlar “Çağrı Mərkəzi” (1653) ilə əlaqə saxlaya bilmirlər. 

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə isə AzEDU-ya açıqlamasında bildirib ki, şikayəti olanlar qurumun elektron poçtuna və Facebook səhifəsinə müraciət edə bilər.

“Bazar günü olduğundan DİM-in “Çağrı Mərkəzi” işləmir. Valideynlər elektron poçtumuza və Facebook səhifəmizə şikayətlərini yaza bilərlər”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ilinə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

İmtahanda 36 559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 253 abituriyent II qrup üzrə, 19 306 abituriyent isə III qrup üzrə imtahan verir.