Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 17:02:00
 Lütfi Zadə Assosiasiyası ilə AzEdu.az-ın ortaq layihəsi – Tələbələrə təqaüd veriləcək

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu.az Təhsil Portalı istedadlı gəncləri daha da həvəsləndirmək üçün birgə layihəyə start verir.

Layihə çərçivəsində bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələr təqaüd qazanmaq şansı əldə edəcəklər.

Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq və fikir sistemində inqilabi dəyişiklik edən, süni intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim, həmyerlimiz  Lütfi  Zadənin xatirəsini yaşatmaqdır.

Layihə çərçivəsində təqaüd qazanmaq üçün Azərbaycanda bakalavr  pilləsi üzrə təhsil alan Azərbaycan vətəndaşları  müraciət edə bilərlər.

Müraciətlərin qiymətləndirilməsi Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu.az Təhsil Portalının idarə heyətinə tapşırılacaq. Qiymətləndirmə nəticəsində, iki nominasiyanın hər biri üzrə bir tələbə təqaüdü qazanma şansı əldə edəcək.

Müraciət üçün tələb olunan sənədlər, ümumi şərtlər və “deadline” barədə məlumat yaxın günlərdə paylaşılacaq.

Qeyd edək ki, təqaüd qazanan gənclər 2019-2020-ci tədris ilinin II semestrindən etibarən 1 il (12 ay) boyunca hər ay təqaüd ala biləcəklər.