Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 14:52:00
DİM onlayn buraxılış imtahanı keçirir 

Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verir.

AzEdu.az xəbər verir ki, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz. Portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazıla bilərsiniz:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı.

Onlayn sınaq imtahanda iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir.

 Qeyd edək ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub.