Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 11:47:00
Buraxılış nəticəsi qəbul imtahanında iştiraka  necə təsir göstərəcək?-CAVAB

Buraxılış imtahanında topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Ötənilki qaydalara əsasən, abituriyentlər buraxılış imtahanında (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanında) aşağı nəticə göstərsələr belə qəbul imtahanlarında iştirak hüququna sahibdirlər.

Xatırladaq ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərin tarixləri hələlik təsdiq olunmayıb və müsabiqə şərtləri açıqlanmayıb.

Sözügedən qayda bu ildən tətbiq olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları