Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 10:29:00
Universitetdən zəhərlənən tələbələrlə bağlı açıqlama – “Dəqiq bilmirik...”

“Zəhərlənən tələbələrin kimliyi ilə bağlı hələki dəqiq məlumatımız yoxdur. Hazırda bu istiqamətdə araşdırma aparırıq”

Bu sözləri Xəzər Universitetinin mətbuat katibi Əlövsət Əmirbəyli AzEdu.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə barədə məlumatı yeni əldə edib:

“Tələbələrin kimliyini öyrənmək üçün araşdırma aparırıq. Ciddi zəhərlənmə hadisəsi qeydə alınmayıb və onların vəziyyətləri yaxşılaşmağa doğru gedir. Güman olunur ki, qızlar ehtiyatsızlıq ucbatından zəhərləniblər. Tələbələrin kimliyi bəlli olan kimi ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib. Onlar Xəzər Universitetinin tələbələridir.

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən tələbələrdən 4-ü evə buraxılıb. Digər iki qız müalicələrini davam etdirir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları