Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 09:00:00
Bakıda daha 6 tələbə qız  zəhərləndi

Daha 6 tələbə zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, Təcili tibbi yardıma çağırış bu gecə saat 4:47 də daxil olub:

 
“Təcili tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsi Klinik Тibbi Мərkəzin Toksikologiya şöbəsinə gətirilib. Tələbələrin dəm qazından zəhərləndiyi ehtimal olunur.

Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib".

Rəsmi məlumata görə, həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər:

“Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir”. (Modern.az)