Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 13:34:00
Türkiyəli tədqiqatçı Amerikada komitə üzvü seçildi

Ərzincan Binəli Yıldırım Universiteti İnşaat mühəndisliyi fakültəsinin dekanı Hakan Yalçınar elmi araşdırmasına görə dünya inşaat mühəndisliyi sahəsində lider olan Amerikan Beton İnstitutuna dəvət edilib.

AzEdu.az xarici Kiv-lərə istinadən xəbər verir ki, Hakan Yalçınarın elmi araşdırması zəlzələnin əvvəlcədən müəyyən olunması istiqamətində dünyaya tövfə verəcək.

Bu tədqiqatla 114 ildir, fəaliyyət göstərən Amerikan Beton İnstitutunun diqqətini çəkən Yalçınar institutdan aldığı dəvətnaməylə müəssisənin komitə üzvü seçilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları