Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 15:08:00
Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib

Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramına sənəd qəbulu  3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq. 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.